İspaniya parlamentinin daha bir üzvü Karlos Sambrano Qarsiya koronavirusa yoluxub. “Report” “Mundo”ya istinadən xəbər verir ki, Kadis şəhərini təmsil edən deputat hazırda öz evində karantin altındadır. O, sağyönümlü “Vox” Partiyasının parlament fraksiyasının üzvüdür. Qeyd edək ki, bundan əvvəl həmin partiyanın baş katibi, deputat Xavyer Orteqa Smitdə də koronavirus aşkarlanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB