Məktəb və universitetlər bağlanıb Polşada

Məktəb və universitetlər bağlanıb Polşada

Martın 16-dan etibarən iki həftə ərzində koronavirus səbəbiylə Polşadakı bütün məktəblər və universitetlər bağlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Polşada 25 koronavirus infeksiyası rəsmi şəkildə təsdiqlənib.

"Bazar ertəsindən etibarən bütün təhsil müəssisələri və ali məktəbləri iki həftəlik müddətə bağlamaq qərarına gəldik", baş nazir bu gün Varşavada təşkil etdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, məktəblər cümə axşamı günündən bağlanacaq, ancaq valideynlər heç kimin yanında qoymağa imkan yoxdusa həftə sonuna qədər uşaqlarını məktəbə gətirə bilərlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə