Berlində koronavirusa görə kütləvi tədbirlər təxirə salındı

Berlində koronavirusa görə kütləvi tədbirlər təxirə salındı

Almaniyada koronavirusa görə, mindən çox insanın iştirak etdiyi bütün kütləvi tədbirlər aprelin 19-dək ləğv edilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Berlinin Sağlamlıq senatoru Dilek Kalayci açıqlayıb.

“Koronavirus yayılmaqda davam edir. Hazırki mərhələdə ictimai həyat məhdudlaşdırılmalıdır. Kütləvi tədbirləri məhdudlaşdırmaqla koronavirusun yayılma təhlükəsinin qarşısını almış olarıq. Epidemiyanın başlanğıcında bu addımlar xüsusilə vacibdir. Məhz bu səbəbdən də ictimai səhiyyə idarəsi Pasxa tətilinə qədər min nəfərdən çox insanın iştirak etdiyi kütləvi tədbirləri təxirə salıb. Berlinin təlükəsizliyi əsas prioritetdir”,- deyə Berlin senatorunun saytında qeydə olunub.

Qeyd edək ki, bundan əvvəl Almaniyanın paytaxtında bütün kütləvi mədəniyyət tədbirləri ləğv edilib, qadağa dövlət mədəniyyət müəssisələrinə də şamil edilib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Almaniyada 3 nəfər virusun qurbanına çevrilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə