Düşmən ordusu: döyülmələr, açlatmalar, qətllər, intiharlar və ... HOMOSEKSUALLIQ

Düşmən ordusu: döyülmələr, açlatmalar, qətllər, intiharlar və ... HOMOSEKSUALLIQ

Gevorq Hovannisyan: “Ara, siz kimsiz, sizi bura kim göndərib?”

İşğalçı Ermənistan ordusunda döyülmə, alçaltma, qətl və intihar hadisələri səngimək bilmir və artan xətlə davam edir. Belə ki, son günlər düşmən ordusunun Azərbaycanla təmas ərazilərində təxribatlar törətmək cəhdlərinin arxasında da erməni ictimaiyyətini narahat edən həmin halların gizlədilməsi məsələsinin dayanması şübhəsizdir.

İrəvanlı və qarabağlı ermənilər arasında mövcud olan dərin uçurum və düşmənçilik faktları ordu daxilinə sirayət edib

Baş nazir Nikol Paşinyanın eyni zamanda referendum pərdəsi arxasında yaşanan ordu problemini gizlətmək cəhdləri də nəticəsiz qalmaqdadır. Nəinki Ermənistanda, o cümlədən, işğal altında qalan ərazilərimizdəki erməni hərbi qüvvələrinin tərkibində də eyni hadisələr yaşanır. Hətta belə demək mümkündürsə, bu gün irəvanlı və qarabağlı ermənilər arasında mövcud olan dərin uçurum və düşmənçilik faktları ordu daxilinə sirayət edib. Misal üçün, bu gün “DQR”-də öldürülən, döyülən, yaxud da intihar edən hərbçilərin əksər çoxluğu Ermənistandan çağırılanlardır və ya Ermənistanda hərbi xidmət aparan qarabağlı ermənilər də eyni vəziyyəti yaşamaqdadırlar.

Artıq ordu daxilində homoseksualizmin artması siqnalları da verilməkdədir

Artıq bu ölkədə nə zabit şərəfi, nə də hərbi məsuliyyət hissləri yoxdur, əsas hədəf şəxsi zəmində şəxsi maraqları güdmək reallığıdır.

O da əbəs deyil ki, artıq Ermənistanın tərxis olunmuş hərbçilər təşkilatı, habelə ordu ilə əlaqəli olan QHT-ləri vəziyyətin çərçivədən çıxdığını bəyan edir, bütün bunların daha ağır nəticələrə, hətta dövlətçiliyin çökməsinə, “erməniçilik mənəviyyatının” (dırnaqlar bizimdir-red.) isə doğru gedəcəyini açıq-aşkar bəyan edirlər. Çünki artıq ordu daxilində homoseksualizmin artması siqnalları da verilməkdədir.

Ermənistanın “Hüquq sərhədi” təşkilatının rəhbəri: “Ermənistanda zabit şərəfi və ləyaqəti hazırkı yüksək vəzifəli şəxslər tərəfindən çox aşağı səviyyəyə endirilib”

SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərlə brifinq zamanı Ermənistanın “Hüququn sərhədi” təşkilatının rəhbəri, hüquq müdafiəçisi Gevorq Hovhannisyan polkovnik-leytenant Ara Mxitaryanın döyülməsi işi üzrə həbs olunmuş şəxsin ehtiyat tədbirinin dəyişdirilməsinə toxunarkən deyib.

“Hamınıza müraciət edirəm, ara, ona hörmət edən, rütbə daşıyan istənilən zabit bu gün sizə qarşıdır, siz onu qəsdən aparırsınız ki, orduda qarışıq vəziyyət yaransın. Gedin görün hərbi təhsil müəssisələrində bu il neçə müraciət edən var, yəni sabah neçə zabitimiz olacaq. Ara, siz kimsiz, sizi bura kim göndərib?”, - deyə Hovhannisyan qeyd edib.

Xatırladaq ki, 2019-cu il sentyabrın 18-də, Ermənistanın Vayots Dzor vilayətinin Yeğeqnadzor şəhərində erməni polkovnik-leytenant Ara Mxitaryan amansızcasına döyülüb. Rəsmi məlumata görə, yeganə təqsirləndirilən şəxs Vayots Dzor vilayətinin keçmiş rəhbəri Trdat Sarkisyanın köməkçisinin qardaşı Zaven Qriqoryandır. Qriqoryanın ehtiyat tədbiri martın 6-da dəyişdirilib və o, girov qarşılığında azadlığa buraxılıb.

“İzləri itirirlər” iddiası

Digər tərəfdən, cari ildə erməni ordusunda qətlə yetirilən hərbi qulluqçuların cinayət işləri bağlı qalmaqdadır. Bu barədə Ermənistanın tərxis olunmuş hərbçilər təşkilatının rəsmi bəyanatında bildirir. Belə ki, Nikol Paşinyanın adamları bu işləri referendumdan sonraya qədər təxirə salınacağını bildirirlər. “Bununla da izləri itirmək və vəziyyəti tam şəxsi nəzarətlərinə götürməklə, orduda baş verən hadisələri yaddaşlardan silməyə çalışırlar”, deyə bildirilən bəyanatda həmçinin qeyd olunur ki, hərbçilərin valideynləri, yaxınları onsuz da Paşinyanın yaxasını buraxmayacaqlar və daha sərt şəkildə tələblərini irəli sürəcəklər.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə