Peruda prezident seçkininin dünən keçirilən ilk turunda keçmiş hərbçi və Millətçi Partiyanın 48 yaşlı lideri Olyanta Umala qələbə qazanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, o, səslərin 33,8 faizini qazanıb. Seçkinin rəsmi olmayan nəticələrinə görə, Perunun keçmiş dövlət başçılarından, hələ də həbsdə olan Alberto Fuximorinin qızı və Umalanın seçkidəki ən güclü rəqibi Keyko Fuximori isə 21,3 faiz səs toplaya bilib.
Seçkiyə qatılan digər namizədlər keçmiş baş nazir Pedro Pablo Kuçincki 19,05, keçmiş prezident Alexandro Toledo isə 15,2 faiz səs qazanıb.
Millətçi Partiyanın lideri Olyanta Umala 2006-cı ildə keçirilmiş son seçkilərdə ikinci tura inamla çıxıb və hazırkı ölkə prezidenti Alan Qarsiyaya məğlub olub. O, səslərin 44,56 faizini toplamışdı. Umala ölkənin zəngin yeraltı sərvətlərindən əldə olunan gəlirin yenidən paylanmasında yoxsullara üstünlük veriləcəyinə söz verib.
Keyko Fuximorinin seçki proqramında isə əsas yeri ölkə iqtisadiyyatının inkişafının ililk 7 faizə çatdırılması, səhiyyə sahəsində sığortanın artırılması, cəzaçəkmə müəssisələrinin tikintisi və xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün tətbiqi tutur. Qeyd edək ki, Keyko Fuximorinin ağır xəstə olan 72 yaşlı atası Alberto Fuximori 25 il müddətinə azadlıqdan məhrum edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB