Panika yaradan 29 şəxs həbs edildi

Türkiyədə 29 nəfər sosial şəbəkədə koronavirula bağlı yalnış məlumat yaydıqlarına görə həbs edilib. SİA xəbər verir ki, həmin şəxslər ictimaiyyəti koronavirusla bağlı narahat etdiklərinə və panika yaratdıqlarına görə həbs olunublar.

Barəsində cinayət işi açılan 29 sosial şəbəkə istifadəçisi lazımı tədbirlər görülmək üzrə aidiyyati qurumlara təslim ediliblər.

Qeyd edək ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca dünən Türkiyədə də bir nəfərdə koronavirusun aşkarlandığını açıqlamışdı.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə