Pentaqondan Türkiyə açıqlaması: ABŞ dəstək verəcəkmi?

Pentaqondan Türkiyə açıqlaması: ABŞ dəstək verəcəkmi?

ABŞ Türkiyəyə havadan müdafiə dəstəyi verəcəkmi? "Bahar qalxanı" hərəkatından əvvəl gündəmdə olan bu sual ABŞ-ın Müdafiə nazirinin müavini Conatan Hoffmana da yönləndirilib.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hoffman Pentaqonda təşkil etdiyi mətbuat konfransında Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini Rusiyaya ekstradisiya etmədiyi müddətcə Patriot ala bilməyəcəyini bildirib. O, ABŞ-ın Müdafiə naziri Mark Esperin mövzu ilə bağlı fikirlərinin yetərincə açıq olduğunu vurğulayıb.
Qeyd edək ki, Hoffmanın cavabı Amerikanın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildin Brüsseldəki açıqlamalarından bir neçə saat sonra gəlib. Cefri həmçinin, NATO olaraq İdlibdə Türkiyəyə dəstək üçün imkanları nəzərdən keçirdiklərini söyləyib.

Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə