Rusiyada hakim “Vahid Rusiya” partiyasının deputatı, kosmonavt Valentina Tereşkova konstitusiya dəyişiklikləri çərçivəsində prezidentlik müddətinin sıfırlanmasını təklif edib. Məlumata görə, o, bu təkliflə Dövlət Dumasının plenar iclasında çıxış edib.
Deputat bildirib ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması məqsədəuyğundur: “Təklif edirəm ki, prezidentlik müddəti ilə bağlı məhdudiyyətlər götürülsün və ya yeni konstitusiya qüvvəyə mindikdən sonra qanunvericiliyə mövcud prezidentin digər vətəndaşlar kimi dövlət başçısı postuna seçilməsi hüququna malik olması barədə bənd əlavə olunsun”.
Rusiya Prezidenti Vladimir Putin isə konstitusiyadan bir nəfərin 2 dəfədən artıq prezident seçilməsi ilə bağlıq qadağanın götürülməsini məqsədəuyğun hesab etmədiyini açıqlayıb. Ölkədə prezidentlik müddətinin qaldırılması ilə bağlı konstitusiyaya edilən dəyişiklik təklifinə münasibət bildirən V.Putin bunu məqsədəuyğun hesab etmədiyini qeyd edib.
Qeyd edək ki, deputat Valentina Tereşkova bir şəxsin bir neçə dəfə prezident seçilməsinin vacibliyini, hazırkı prezident Vladimir Putinin yenidən prezident seçilməsinin Rusiya xalqı üçün önəmli olduğunu söyləyib, prezidentlik müddətinin ləğv olunmasını təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB