Koronavirusa aid  yeni simptomlar

Alimlər koronavirus xəstəliyinin yeni simptomlarını aşkar ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə Sinqapur alimləri gəlib və araşdırmanın nəticələri The Streets Times qəzeti tərəfindən dərc edilib.
Alimlərin araşdırmalarına görə, bir xəstədə denge qızdırmasının olması yeni koronavirus səbəbindən də ola bilər. Bu, Sinqapurdakı elm adamlarının əldə etdiyi nəticədir.

Tədqiqatçıların fikrincə, koronavirus xəstəliyinə yoluxmuş insanların halı denge qızdırması simptomlarına, yüksək hərarət və səpmə tam uyğundur. Xəstədə COVID-19 kimi soyuqdəymə, öskürək və ya boğaz ağrısı əlamətləri yoxdur. Üstəlik, hətta laboratoriya testləri belə denge üçün yanlış təsdiqedici müsbət nəticələr göstərə bilər.
Həkimlər vurğulayırlar ki, indi koronavirus üçün dəqiq diaqnostika aparmaq çox vacibdir, çünki səhv müalicə yalnız xəstənin özünün deyil, həm də qohumlarının həyatı üçün də təhlükə yaradacaqdır. Sinqapurda, koronavirusun denge adı altında gizləndiyi zaman iki hadisə qeyd edilib. Yüksək hərarətin müalicəsində xəstələrin vəziyyəti dəyişməyib, təkrar testlər insanların koronavirusa yoluxduğunu göstərib.

Xatırladırıq ki, 2019-cu ilin dekabrında Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəzi hissəsindəki Uhan şəhərində (Hubei əyaləti) qeydə alınan naməlum sətəlcəm xəstəliyi barədə xəbərdarlıq edib. Sonradan məlum olub ki, xəstəliyin törədicisi COVID-19 adlı yeni bir koronavirusdur. Rusiya da daxil olmaqla 100 ölkədə yoluxma halları aşkarlanıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə