Tramp koronavirusa görə müayinə olunmayıb

Tramp koronavirusa görə müayinə olunmayıb

ABŞ prezidenti Donald Tramp koronavirusu təyin etmək üçün nəzərdə tutulan tibbi müayinədən keçməyib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Stefani Qrişem məlumat yayıb.

Grişemın sözlərinə görə, Prezident Tramp, COVID-19 virusu təsdiqlənən heç bir kəslə uzun müddət yaxın əlaqə qurmayıb. O, həm də qeyd edib ki, ABŞ prezidentində xəstəliyin əlamətləri yoxdur.
"Prezident Tramp-ın səhhəti əla olaraq qalır və həkim onu yaxından izləməyə davam edəcək", deyə Ağ Evin mətbuat katibi bildirib.
Xatırladırıq ki, Donald Tramp, 26-29 fevral tarixində Respublikaçılar Partiyasının konfransında bir infeksiya daşıyıcısı ilə əlaqə qurduqdan sonra respublikaçı millət vəkilləri ilə də söhbət edib. Tədbir təşkilatçılarının dediyinə görə, yoluxmuş şəxsin Trampa yaxınlaşması olmayıb, lakin təşkilatçılardan biri həm yoluxmuş şəxs, həm də prezidentlə əlaqə saxlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə