Türkiyə rejimi hədələdi: Ordumuz davam edəcək!

Türkiyə rejimi hədələdi: Ordumuz davam edəcək!

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə ilə Avropa İttifaqı arasındakı miqrant böhranını şərh edib. SİA xəbər verir ki, nazir bu məsələ ilə bağlı Avropa İttifaqının verdiyi sözlərə əməl etmədiyini deyib.

O bildirib ki, Avropa İttifaqı bu məsələdə Türkiyəyə qarşı dürüst davranmalıdır: "Həm İdlibdən köç etməsinlər deyirsiz, həm də Türkiyədə yaşamaları üçün heç bir dəstək vermirsiz. Artıq Türkiyənin başını qatdığınız dövr arxada qaldı. Siyasi və texniki əlaqələrin davam etdirilməsinə qərar verildi".

Mövlud Çavuşoğlu bildirib ki, bugünkü şərtlər 2016-cı ildəki mühacirlərin vəziyyət şərtləri fərqlidir: "Yeni şərtlər daxilində Avropa İttifaqı ilə danışıqlar aparmalıyıq. Yeni Avropa İttifaqı rəhbərliyi Türkiyənin yükünün fərqindədir. Avropanın sərhədləri Türkiyə-Yunanıstan sərhədindən başlamır. Avropanın sərhədləri Türkiyənin cənub və şərq sərhədlərindən başlayır. Bizə insan hüquqları haqda dərslər verməyə çalışırlar. Halbuki, Yunanıstan tərəfi 5 nəfəri öldürüb. Mədəniyyət haqqında danışanların nə etdiyini görürük".

Xarici işlər naziri vurğulayıb ki, Rusiya Suriyada M4 yolunun cənubuna, Türkiyə isə şimala nəzarət edəcək: "Dünən bir pozuntu oldu. Rusiya rejimi sərt xəbərdarlıq etdi. Rejim bu atəşkəsə əməl etməsə, ordumuzun bu günə qədər etdiyini davam edəcəyik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə