Ərdoğan sualları cavablandırmadan Aİ Şurasını tərk edib

Ərdoğan sualları cavablandırmadan Aİ Şurasını tərk edib

Brüsseldə Avropa İttifaqı səlahiyyətliləri ilə Suriya və miqrant böhranını müzakirə edən Prezident Rəcəb Tayyib Ərdoğan iclasın başlamasından təxminən bir saat yarım sonra Avropa Birliyi Şurasını tərk edib. Ərdoğan görüşdən dərhal sonra keçirilən mətbuat konfransına qatılmayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Ərdoğan Avropa Birliyi Şurasının prezidenti Çarlz Mişel və Avropa Komissiyasının sədri Ursula von der Leyenlə görüşdə "müsbət addımlar atdıq, ancaq bu, yalnız başlanğıcdır", deyə bildirib.

Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel yığıncaq sonrasında təşkil edilən mətbuat konfransında bildirib ki, Avropa İttifaqı ilə Türkiyə arasında miqrantlarla bağlı razılaşmanı müzakirə etdik: "Mübahisələri həll etməyə və vəziyyəti aydınlaşdırmağa çalışırıq. Anlaşılmazlıqlar var. Bununla yanaşı Avropa Birliyinin Türkiyədəki qaçqınlar üçün 6 milyard avro öhdəliyi olduğunu xatırlatmaq istəyirik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə