ABŞ öz qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə başlayıb

ABŞ öz qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə başlayıb

ABŞ “Taliban” hərəkatı ilə əldə edilmiş razılaşmanın bir hissəsi olaraq öz qoşunlarının Əfqanıstandan çıxarılması prosesinə başlayıb.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞın Əfqanıstandakı qüvvələrinin (USFOR-A) rəsmi nümayəndəsi Sonni Leqgettin açıqlamasında deyilir.

“ABŞ-Əfqanıstan arasında birgə bəyannaməyə və ABŞ-la “Taliban” arasındakı razılaşmaya uyğun olaraq, USFOR-A komandanlığı konkret vəziyyəti nəzərə alaraq qüvvələrin 135 gün ərzində 8,6 min hərbi heyətədək azaldılmasına başlayıb”, - açıqlamada belə deyilir.

Leqgett bildirib ki, “ABŞ-ın Əfqanıstandakı qüvvələri hədəflərin yerinə yetirilməsi üçün bütün lazımi tədbirləri görür, o cümlədən “Əl-Qaidə” və “Xorasandakı İŞİD” terror qruplaşmalarına qarşı antiterror əməliyyatlarını davam etdirir, eləcə də Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələrinə dəstək verir”.

Bütün xəbərlər Facebook səhifəmizdə