Suriyada, Dəməşq–Homs avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı azı 30 nəfər ölüb.
SİA xəbər verir ki, bu barədə “SANA” agentliyi yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, Bağdad körpüsü rayonunda yanacaq daşıyan maşın, iki avtobus və bir neçə minik maşını toqquşub. Nəticədəbaş verən yanğın insan itkisinin bu qədər çox olması ilə nəticələnib.
Hadisə yerində çox sayda təcili tibbi yardım maşınları cəlb olunub. Qəza zamanı xəsarət alanların olduğu da bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB