Küçədə yatır və 38 gündür ki, acdır! İsveçdə

Küçədə yatır və 38 gündür ki, acdır! İsveçdə

İsveçdə fələstinli qaçqın aclıq aksiyası başlayıb. SİA xəbər verir ki, İsveçin Vanersborqdakı sığınacağından qovulan və qaçqın pensiyası kəsilən fələstinli Əhməd Mahlavi 38 gündür ki, aclıq aksiyası keçirir və 15 gündür ki, küçədə yatır.

Havanın temperaturunun aşağı olduğu şəhərdəki İmmiqrasiya İdarəsi binasının qarşısında yatan və aclıq aksiyasının təsiri ilə səhhəti pisləşən 32 yaşlı Mahlavi hazırda tibbi olaraq müalicə olunur.

İsveçdəki Fələstinli Qaçqınların Hüquqları Dərnəyinin üzvü Mahlavi bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlar Bürosu tərəfindən təyin olunduğu kimi qaçqın olsa da, İsveçdəki sığınacaq üçün müraciəti qəbul edilməyib.

Getmək üçün vətəni olmadığına görə, deportasiya edilə bilməyəcəyini deyən Mahlavi qaçqın evindən qovulduğunu və qaçqın pensiyasının xətm edildiyini bildirib.

Eyni vəziyyətdə İsveçdə yüzlərlə fələstinli sığınacaq axtaran şəxsin olduğunu vurğulayan Mahlavi hüquqlarını tələb etmək məqsədilə aclıq aksiyasına başladıqlarını qeyd edib.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə