Koronavirusla bağlı ölkələrdə yeni RƏQƏMLƏR - 98 MİN!

Koronavirusla bağlı ölkələrdə yeni RƏQƏMLƏR - 98 MİN!

Dünyada COVID-19 koronavirusuna yoluxma hallarının sayı 98 minə çatıb. SİA “Rossiya 24” telekanalına istinadən xəbər verir ki, bu günə qədər 3300 nəfər insan virusdan ölüb. Çindən sonra ən ağır vəziyyət Cənubi Koreyadadır. Belə ki, bu ölkədə bir sutka ərzində yoluxanların sayı 518 nəfərə çatıb və ümumilikdə 6 mini təşkil edir.

Paralel olaraq İran və İtaliyada eyni temp müşahidə edilir.

Virusun vətəni Çində yoluxma halları demək olar ki, dayanıb. Ötən gündən isə, COVID-19 coğrafiyasında yeni ölkələr müəyyən olunmayıb.

ABŞ isə bəyan edib ki, koronavirusla yoluxma halı artıq 15 ştatda müəyyən edilib. Siyahıya Merilend ştatı əlavə olunub.

Bu ərəfələrdə bəlli olub ki, infeksiyadan İranın Suriyadakı keçmiş səfiri Hüseyn Şeyxülislam vəfat edib.

Fransa həyəcan siqnalı verir. Belə ki, orada deputatlardan birində koronavirus aşkarlanıb. Prezident Makron panikanı gizlətmir: o əmindir ki, ölkədə yoluxmanın artması epidemiyaya çevrilə bilər.

Estoniyada da yoluxmaların sayı artıb. Viirusu Tallinin iki sakinində aşkarlayıblar. Onlar bu yaxınlarda İtaliyadan geri dönüblər.

İtaliyada koronavirusa yoluxanların sayı 4 minə çatır, 150 nəfər isə artıq həyatını itirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə