290 milyon tələbə koronavirus səbəbi ilə dərsə fasilə verib

290 milyon tələbə koronavirus səbəbi ilə dərsə fasilə verib

Birləşmiş Millətlər, yeni tip koronavirusun (Kovid-19) yayılması səbəbindən 290 milyondan çox tələbənin təhsilinin yarıda qaldığını açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Birləşmiş Millətlər Təşkilatının Təhsil Elm və Mədəniyyət Təşkilatından (UNESCO) verilən açıqlamaya görə, Covid-19 yoluxması səbəbindən 13 ölkədəki bütün məktəblər bağlanıb, 9 ölkədə isə məktəblər qismən bağlanıb.

Bütün məktəblərin bağlandığı ölkələr sırasında Azərbaycan, Bəhreyn, Çin, Şimali Koreya, İran, İraq, İtaliya, Yaponiya, Küveyt, Livan, Ermənistan, Monqolustan və Birləşmiş Ərəb Əmirlikləri var.
Bu ölkələrdə bütövlükdə 290.5 milyon tələbənin təhsili yarıda qalıb.

UNESCO -nun baş direktoru Audrey Azoulay, "Təəssüf ki, sağlamlıq və ya digər böhranlar səbəbiylə məktəblərin müvəqqəti bağlanması yeni deyil, ancaq bu pozulmanın qlobal ölçüsü və sürətini nəzərə aldıqda bu vəziyyətin uzanması təhsil hüququnu təhdid edir" deyə bildirilib.

Martın 10-da UNESCO təhsil nazirləri səviyyəsində təcili olaraq təhsil və təlimin davamlılığını təmin etmək üçün strategiyaları müzakirə etmək üçün bir araya gələcəkdir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə