Cümə günü, 6 Mart tarixində, Moskva vaxtı ilə 00: 01-də Suriyanın İdlib şəhərində de-eskalasiya zonasında hərbi əməliyyatların dayandırılması rəsmi olaraq qüvvəyə minib. SİA TASS agentliyinin yaydığı məlumata istinadən vəbər verir ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov iki saatdan çox davam edən iki ölkə liderləri arasında aparılan danışıqlardan sonra razılıqların əldə olunduğunu söyləyib.
Yayılan məlumata görə, atəşkəs Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan tərəfindən razılaşdırılıb.
Saziş 6 Mart 220-ci il tarixində saat 00: 01-dən etibarən İdlib de-eskalasiya zonasında mövcud təmas xətti boyunca hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.
Görüş zamanı Putin və Ərdoğanın İdlibdəki vəziyyətin nizamlanmasına yönəldilmiş digər tədbirlər barədə razılığa gəldikləri də məlumdur. Beləliklə, martın 15-dən etibarən Türkiyə Suriyadakı M4 magistralında Rusiya Federasiyası ilə birgə patrul xidmətlərinə başlayacaq. Hazırda bu yol boyunca təhlükəsizlik dəhlizi yaradılıb.
Bundan əlavə, iki prezidentin qəbul etdiyi ortaq bir bəyanatda Suriyada fəaliyyət göstərən bütün terrorçu qrupları məhv etmək qərarı ifadə edilib. Moskva və Ankaranın Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiqliyi də bir daha təsdiqlənib.
İdlib hazırda Suriyada yeganə bölgədir ki, silahlı dəstələrin əlindədir. 2017-ci ildə şimal de-eskalasiya zonasını yaratdılan zaman, silahlarını verməkdən imtina edən ekstremistlər ora köçüblər. Eyni zamanda, atəşkəs rejiminə riayət olunmasını nəzarət altına alan bölgədə Türkiyə ordusunun 12 müşahidə postu fəaliyyət göstərib.
Xatırladaq ki, bölgədəki vəziyyətin gərginləşməsi fevralın sonlarında başlayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, o zaman yaraqlılar genişmiqyaslı hücuma keçməyə cəhd göstərmişdilər. Suriya qüvvələri onlara hücum edib, nəticədə 35 türk əsgərinin öldüyü də bildirilib.
Elə həmin gün Türkiyə, Suriyada “Bahar Qalxanı” adlı yeni bir əməliyyat başlatdı və bu əməliyyatda Suriya ordusuna zərbələr endirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB