Rumıniya Avropa İttifaqının kibernetik qoşunlarının yaradılması memorandumunu imzalayıb

Rumıniya Avropa İttifaqının kibernetik qoşunlarının yaradılması memorandumunu imzalayıb

Rumıniya Avropa İttifaqının kibernetik qoşunlarının yaradılması barədə memorandumu imzalayıb. Memoranduma Rumıniya ilə yanaşı, Estoniya, Polşa, Xorvatiya, Niderland və Litva da imza atıb.

SİA xəbər verir ki, qərara əsasən üzv ölkələr beynəlxalq qruplar və hərbi mütəxəssislər vasitəsilə kiber məkana nəzarət edəcək, kiberhücumlara operativ cavab verəcək, baş verən hadisələrlə bağlı araşdırma aparacaq və ziyanı aradan qaldıracaqlar.

Yeni qurulan təşkilatın rəhbəri rotasiya vasitəsilə dəyişəcək. Fransa, Belçika, İspaniya, Yunanıstan, Sloveniya və Finlandiya isə təşəbbüsə müşahidəçi statusunda qoşulublar.

Bütün xəbərlər Facebook səhifəmizdə