Putin və Ərdoğanın təkbətək görüşü 3 saat çəkib

Putin və Ərdoğanın təkbətək görüşü 3 saat çəkib

Rusiya və Türkiyə prezidentləri 3 saat təkbətək görüş keçiriblər. Bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. O deyib ki, prezidentlərin 3 saat davam edən təkbətək görüşündən sonra nümayəndə heyətləri onlara qoşulublar.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın martın 5-də Moskvada görüşü yerli vaxtla saat 14:06-da başlayıb. Görüşün əsas mövzusu Suriyanın İdlib bölgəsində vəziyyətin sabitləşməsidir. Görüşdən əvvəl prezidentlər danışıqların yekunlarının İdlib münaqişəsinin nizama salınmasına kömək edəcəyinə əminlik ifadə etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə