Putin AŞ-ın prezidenti ilə İdlibdə vəziyyəti müzakirə edib

Putin AŞ-ın prezidenti ilə İdlibdə vəziyyəti müzakirə edib

Putin Avropa Şurasının prezidenti ilə İdlibdə vəziyyətin gərginləşməsi barədə müzakirə aparıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Rusiya prezidenti Vladimir Putin Avropa Şurasının prezidenti Çarlz Mişel ilə telefon danışığı zamanı Suriyadakı vəziyyət və İdlibdə yaraqlılar səbəbindən gərginliyin artması müzakirə olunub.

"Suriyadakı vəziyyət, İdlib zonasında terror qruplaşmalarının təcavüzkar hərəkətləri nəticəsində yaranan gərginliyin artması fonunda müzakirə aparılıb. Xüsusi olaraq humanitar məsələlərə diqqət yetirilib. Bu çərçivədə Mişel Avropa Birliyi ölkələrinə qanunsuz miqrasiyanın qarşısını almaq üçün görülən tədbirlər haqqında da məlumat verib", deyə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.

Qeyd olunur ki, tərəflər təmasları davam etdirmək barədə də razılığa gəliblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə