Strasburq - Paris qatarının relsdən çıxması nəticəsində 21 nəfər yaralanıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Grand Est bölgəsinin prefekturasından gələn bir mesajda bildirilir.
"TGV Strasburq - Paris bu gün saat 07.45-də İnqenxaym və Zessolsxaym kəndləri arasında relsdən çıxıb, hansı ki, salonda 348 sərnişin olub", deyə prefekturadan bildirilir.
Hadisə nəticəsində 21 nəfər yaralanıb ki, onlardan birinin vəziyyəti ağırdır. Hazırda qəza yerində 92 yanğınsöndürən işləyir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB