Ərdoğanı kimlər müşayiət edir?

Ərdoğanı kimlər müşayiət edir?

Moskvaya uçan Ərdoğanı ölkənin yüksək vəzifəli şəxsləri müşayiət edir. SİA bu barədə RİA Novostinin Anadolu agentliyinə əsasən yaydığı məlumata istinadən xəbər verir.

Məlumata görə, cümə axşamı Moskvaya səfər edən Türkiyə prezidenti Tayyib Ərdoğanı xarici işlər naziri Mevlut Çavuşoğlu, müdafiə naziri Hulusi Akar, xəzinə və maliyyə naziri Berat Albayrak, milli kəşfiyyat təşkilatının rəhbəri Hakan Fidan müşayiət edir.

Xatırladırıq ki, cümə axşamı Moskvada Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan arasında Suriya İdlibi ilə bağlı danışıqlar keçiriləcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə