Meksika ştatının bələdiyyəsi aslanların hücumu səbəbindən 13 məktəbdə dərsləri ləğv edib

Meksika ştatının bələdiyyəsi aslanların hücumu səbəbindən 13 məktəbdə dərsləri ləğv edib

Meksika ştatında Valle de Bravo bələdiyyəsinin rəsmiləri aslanların hücum təhlükəsi səbəbindən 13 məktəbdə dərsləri ləğv edib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə çərşənbə günü regional təhsil şöbəsi facebook səhifəsində məlumat yayıb.

Şagirdlərin təhlükəsizliyini təmin etmək üçün yeni xəbərdarlığa qədər 7 ibtidai, 6 orta məktəbdə dərslərin dayandırıldığı bildirilib. Bildiriş Pinal-de-Marqesado və Serro-Qordo bölgələrinə aid edilib.

“El Universal” qəzetinin yazdığına görə, martın 1-də Valle de Bravoda taksi sürücüsü vəşhi heyvanın qurbanı olub.

Yırtıcıların axtarışını davam etdirən yerli hökumət ətrafda yaşayan sakinləri zərurət olmadan evləri tərk etməməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə