Yunan əsgərlər miqrantları niyə öldürür?

Yunan əsgərlər miqrantları niyə öldürür?

Türkiyə-Yunanıstan sərhədini qanunsuz keçmək istəyən daha bir miqrant öldürülüb. SİA xəbər verir ki, bu barədə Türkiyənin Ədirnə şəhərinin valiliyindən bildirilib.

Qeyd edilib ki, Türkiyənin “Pazarkule” və Yunanıstanın "Kastaniyes" sərhəd keçid məntəqələri arasında baş vermiş insident nəticəsində qarşı tərəfdən açılan atəş nəticəsində daha beş nəfər yaralanıb.

Qətlə yetirilənin kimliyi hələ ki, müəyyənləşdirilməyib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin İnsan Haqları Komissiyasının sədri Hakan Çavuşoğlunun rəhbərlik etdiyi heyət bu gün “Pazarkule” sərhəd keçid məntəqəsində araşdırma aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə