II Yelizaveta koronavirusa yoluxmaq qorxusu keçirir

II Yelizaveta koronavirusa yoluxmaq qorxusu keçirir

II Yelizaveta koronavirusa yoluxmaq qorxusuna görə mükafatları ilk dəfə əlcəklərlə təqdim edib. SİA RenTv-yə istinadən xəbər verir ki, Böyük Britaniya Kraliçası II Yelizavetanın ilk dəfə əlcəklərlə mükafatı təqdim etməsi koronavirus xəstəliyinə tutulmaq qorxusu ilə əlaqədardır.

Qeyd olunur ki, 93 yaşlı İngilis monarx, Bukingem Sarayında rəsmi mükafatlandırma mərasimində əlcək geymiş vəziyyətdə görünüb. Kraliçanın ofisi Elizabetin əlcəklərdə görünməsinin koronavirusla mübarizə qorxusu ilə əlaqəli olub olmadığı barədə bir söz deməyib.

İngilis mediası monarxın davranışını "ağlabatan ehtiyat" adlandırıb.

Xatırladaq ki, İngiltərədə koronavirusa 51 yoluxma halı qeydə alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə