Ərdoğan Suriyadakı əməliyyatlar üçün Trampdan silah-sursat istəyib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, ABŞ Prezidenti Donald Trampdan Suriyanın İdlib bölgəsində bir hərbi əməliyyat üçün silah istəyib. Eyni zamanda, Türkiyə prezidenti, bölgədə atəşkəsin sürətlə təmin olunması üçün Rusiyaya səfər edəcəyini də söyləyib.
Xatırladaq ki, bir gün əvvəl ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Vaşinqton İdlibdəki vəziyyətin gərginləşməsi ilə əlaqədar Ankaraya dəstək vermək niyyətində olduğunu bildirmişdi.
Qeyd edək ki, Martın 5-də Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Rusiya liderinin sözçüsü Dmitri Peskov əvvəllər qarşıdakı danışıqları çətin adlandırıb. O vurğulayıb ki, Moskva Rusiya ilə Türkiyə arasında qarşıdurma riskini minimuma endirməyə ümid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB