Türkiyə ordusu Suriyanın L-39 qırıcı təyyarəsini vurub

Türkiyə ordusu Suriyanın L-39 qırıcı təyyarəsini vurub

Milli Müdafiə Nazirliyi "Bahar Qalxanı" əməliyyatı çərçivəsində Suriyaya aid bir L-39 tipli döyüş təyyarəsinin vurulduğunu açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Suriya İnsan Haqları Rəsədxanası Türkiyənin F-16 qırıcı təyyarələrinin İdlibdən cənubda düşürdüyü təyyarənin pilotunun Əsədə aid olduğunu açıqlayıb.

Milli Müdafiə Nazirliyi 2 martda Suriyaya aid iki SU-24 təyyarəsinin də vurulduğunu açıqlayıb. Beləliklə, son iki gündə Suriyada rejimə aid üçüncü döyüş təyyarəsi sıradan çıxarılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə