Almaniyada hakim koalisiyadan olan deputat Mixael Qrosse-Bremer, Suriyadakı vəziyyətlə əlaqədar Almaniya, Rusiya, Türkiyə və Fransa liderlərinin təklif olunan görüşünün tarixini açıqlayıb. SİA İnterfaks agentliyinə istinadən xəbər verir ki, Deputat Berlində bir qrup jurnalistə kansler Merkel, prezidentlər Ərdoğan, Makron və Putin arasında görüşün gələn cümə günü baş tuta biləcəyini söyləyib.
Xatırladırıq ki, bundan əvvəl Merkel Ərdoğanı qaçqınlardan siyasi məqsədlər üçün istifadə etməkdə günahlandırmışdı. Kansler, Türk liderinin "Avropa Birliyindən daha çox şey gözlədiyini" anladığını bildirib. "İnterfaks" xəbər verir ki, Almaniya rəhbəri problemin qaçqınların çiyninə yüklənməsinin yolverilməz olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB