Alber Kamyunun “Vəba” romanının satışı artıb KORONAVİRUSA GÖRƏ

Alber Kamyunun “Vəba” romanının satışı artıb KORONAVİRUSA GÖRƏ

Fransada 2020-ci ilin dördüncü həftəsindən başlayaraq, Alber Kamyunun “Vəba” romanının satışı artıb. SİA xəbər verir ki, BFM TV “Edistats”a istinadən bu məlumatı yayıb. Belə ki, adıçəkilən romanın satışının artması yeni koronavirusun yoluxma hallarının dünya üzrə artması ilə eyni vaxta təsadüf edir.

Əsasən, fevral ayının son həftəsində “Vəba” romanının “Foilo” nəşriyyatı tərəfindən təqdim edilən ekzemplyarları 1700-ə çatıb. Belə ki, ötən 2019-cu ilin eyni tarixində həmin roman 450-ni təşkil edirdi.

İtaliyada da “Vəba” romanına tələbat yüksəkdir. “Acualitte.com” yazır ki, romanın satışı intrenet kitabxanası üzrə altıncı yerə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə