Yəməndəki qarşıdurma tərəfləri BMT-yə mane olur ŞİKAYƏT

Yəməndəki qarşıdurma tərəfləri BMT-yə mane olur ŞİKAYƏT

Yəmənin şimalında BMT-nin keçirdiyi humanitar əməliyyatlarda yerli hakimiyyətlər tərəfindən fəaliyyətlə bağlı icazə almaq ehtiyacı çətinləşir. SİA xəbər verir ki, bu barədə RİA Novosti-yə BMT-nin humanitar məsələləri üzrə kordinatoru Liz Qrande deyib.

“Hər dəfə yerli hakimiyyətlərdən icazə almaq lazım olur ki, öz işimizlə məşğul olaq”, deyən Qrande bildirib ki, Yəmənin şimalında belə icazələri almaq heç də asan məsələ deyil. Biz bu məsələdə BMT adından səmimiyik. Lakin fəaliyyətimiz üçün imkanlar qanedici deyil”.

BMT təmsilçisi həmçinin Yəməndəki qarşıdurma tərəflərinə xəbərdarlıq da edib və deyib ki, onlar BMT-nin humanitar yardıma ehtiyacı olanlara kömək etməsində təminatçı olmalıdırlar. Əks halda bu, Yəmənin aldığı donor yardımı ölçülərinə neqativ təsir göstərə bilər: “Şərait gərək yerində təmin olunsun, yoxsa biz işləyə bilməyəcəyik və əlbəttə ki, bu donorların maliyyə yardımı ilə bağlı Yəmənə göndəriləcək qərarlarına da təsirsiz ötüşmür”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə