Koronavirus Almaniyanı cənginə alır 180 nəfər yoluxub

Koronavirus Almaniyanı cənginə alır 180 nəfər yoluxub

Almaniyanın koronavirusun yeni növünün insanlara yoluxması halları 180 nəfərə çatıb. SİA xəbər verir ki, bu barədə “Bild” tabloidi ölkənin səhiyyə nazirliyinə istinadən yazır. Virus artıq Almaniyanın 13 federal torpaqlarında qeydə alınıb.

Daha çox yoluxma halları əvvəlki kimi ən böyük torpaqda – Şimali Reyndə (92), daha sonra isə ardıcıllıqla Bavariyada (35, onlardan 14-2 sağalıb) hansı ki, xəstəliyin yayılması da oradan başlayıb, Baden-Vyürtemberqdə (26) və Hessendə (11) baş verib.

Ayrı-ayrı yoluxmalar isə Berlində, Hamburqda, Reynland-Pfaldtsda, Şlezviq-Qilşteyndə, Branderburqda, Bremendə, Aşağı Saksoniyada, Saksoniyada və Tyürinqidə müşahidə olunub.

Robert Kox institunun 2 mart tarixindəki məlumatına görə, təsdiq llunmuş yoluxma halları Almaniyada 157 insana çatıb. Bu gün isə həmin rəqəm 180-i keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə