"Virusdan qoorunmaq üçün respirator maskaları almayın" ABŞ-ın baş cərrahı
ABŞ-ın baş cərrahı, doktor Cerom Adams amerikalıları koronavirusun qarşısını almaq məqsədi ilə istifadə edilən respirator maskalarından imtina etməyə çağırıb. SİA xəbər verir ki, o son günlər daha çox danışılan mövzu ətrafında fikirlərini açıqlayıb.
“Amerika vətəndaşları üçün risk halı minimumdur”, deyən doktor Adams “Fox” telekanalında çıxış edərkən bildirib. Onun sözlərinə görə, təhlükəsizliyi təmin etmək üçün digər ölçülər var və elələri də var ki, onları etməyə gərək də yoxdur. “Onlardan biri də geniş ictimaiyyət tərəfindən alınan maskalardır ki, onu da etmək lazım deyil: “Bu həqiqətən də kömək etmir. Maskaların koronavirusdan imtina üçün effektliyi sübuta yetirilməyib. Buna baxmayaraq, maskaları almaqda maraqlı görünən insanlar onların necə istifadə etmək qaydalarını da bilmirlər”.
ABŞ-ın baş cərrahı fikirlərini belə izah edib ki, maskaları təyinatı üzrə istifadə edə bilməyən insanlar daha çox üzlərinə əllərini toxundururlar və bununla da koronavirusun yayılmasına səbəb olurlar: “Vəziyyətin nəzarətdən çıxdığını hiss edərkən, amerikalılar qorxmağa başlayırlar. Mən istəyirəm ki, amerikalı vətəndaşlar anlasınlar ki, özlərini qorumaq üçün digər ölçülər də var. Sadəcə, əlləri tez-tez 15-20 saniyə yumaq, öskürüb-asqırarkən ağızı tutmaq, həmçinin xəstə olarkən, evdə qalıb sosial ölçülər götürmək və xəstə insanlardan aralı qalmaz lazımdır. Bütün bunlar koronavirusdan qorunmaq üçün mühüm ölçülərdir”.
Adams xatırladıb ki, ABŞ-da mövsümi qripdən hər il 18 min insan ölür, hansı ki, koronavirusdan ölkədə iki nəfər həyatını itirib: “Mən əvvəlki kimi əminəm ki, qripdən dana çox insan öləcək nəinki koronavirusdan və yalnız bimiz ölkədə deyil, bütün dünyada bu baş verə bilər”.
ABŞ-ın baş cərrahı əlavə edib ki, koronavirusdan yoluxma halında yadda saxlamaq lazımdır ki, insanların çox hissəsi bu xəstəliyi yumşaq formada keçirəcəklər, bir neçə gün evdə qalıb-sağalacaqlar.
“İndi ehtiyatlı olmaq və panikaya düşməmək zamanıdır”, deyə o bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB