İsrail ordusu Qəzza şəhərinin Əş-Şüdciyə məhəlləsi, Rəfah yaxınlığındakı hava limanı və Xan Yunis şəhərinə artilleriya və aviasiya zərbələri endriib. SİA-nın "Mignews"a istinadən verdiyi xəbərə görə, atılan mərmilər nəticəsində 1 fələstinli ölüb, aralarında uşaq olan 9-u isə xəsarət alıb.
Eyni zamanda Qəzzadan da əks istiqamətə mərmi atılıb. Belə ki, atılan mərmi sərhədyanı Səad qəsəbəsində məktəb avtobusuna dəyib. Nəticədə 3 israilli xəsarət alıb. Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir. İsrailin müdafiə naziri Ehud Barak isə baş verənlərlə bağlı HƏMAS-ı günahlandırıb. O, bütün mümkün vasitələrlə qarşı tərəfin hücumuna cavab vermək barədə göstəriş verib : "Biz ümidvarıq ki, regionda vəziyyət stabil qalacaq. Əgər bu belə olmasa biz bütün mümkün vasitələrdən, o cümlədən hücum və müdafiə taktikasından istifadə edərək öz əhalimizi qoruyacayıq".
Fələstin Muxtar Respublikasının rəhbəri Mahbud Abbas isə Qərbə səslənərək mövcud olan gərginliyi aradan qaldırmaq üçün yardım istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB