Misirdə terrorçuluqda ittiham edilən 37 nəfər edam cəzasına məhkum edilib
Misirdə terrorçuluqda ittiham edilən 37 nəfər, o cümlədən ölkənin yüksək rütbəli zabitləri edam cəzasına məhkum edilib.
SİA xəbər verir ki, Qahirə Ağır Cinayətlər Məhkəməsi İŞİD qruplaşması ilə birlikdə Sinay yarımadasında terror aktları, silahlı hücumlar həyata keçirən, habelə polis və əsgərləri qətlə yetirən müttəhimlər haqqında ən ağır cəza çıxarıb. Məhkum olunanların arasında əvvəllər zabit olmuş, sonradan isə terrorçu qruplaşmanın liderinə çevrilmiş Hişam Aşmavi də var.
Misir ordusu bir ildən çoxdur ki, Sinay yarımadasının şimalında və Qərbi Səhra adlanan bölgədə terrorçulara qarşı hərbi əməliyyatlar həyata keçirir. Məhkum olunan şəxslər hökumət binalarına silahlı hücumlarda, Misirin Daxili İşlər nazirinə qarşı sui-qəsd cəhdində iştirak ediblər.
Bundan başqa, məhkəmə 61 nəfəri ömürlük həbs cəzasına, 85 terrorçunu isə 5 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB