Şri-Lanka Prezidenti parlamentin buraxılması barədə sərəncam imzalayıb
Şri-Lanka Prezidenti Qotabay Rajapaksa parlamentin buraxılması barədə sərəncam imzaılayıb.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "Ada Derana" nəşri rəsmi məlumat dərc edib.
Sərəncama görə, prezident Şri Lanka Demokratik Sosialist Respublikası Konstitusiyasının 70-ci maddəsini əsas tutaraq, bu il aprelin 14-də ölkədə yeni parlament seçkilərinin keçiriləcəyi tarixi elan edib. Yeni parlamentin ilk iclası mayın 14-nə təyin edilib.
Qeyd edək ki, martın 12-dən 19-dək namizədlərin qeydə alınması həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB