Ötən il Latviyada dövlət sərhədini pozduğuna görə 150-dən çox insan saxlanılıb

Ötən il Latviyada dövlət sərhədini pozduğuna görə 150-dən çox insan saxlanılıb

Ötən il Latviyada dövlət sərhədini pozduğuna görə 150-dən çox insan saxlanılıb.

SİA xəbər verir ki, bu barədə Latviyanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata əsasən, 2019-cu ildə Latviya dövlət sərhədini qanunsuz keçdiyinə görə saxlanılanların sayında ötən illərlə müqayisədə azalma qeydə alınıb. Belə ki, 2018-ci ildə dövlət sərhədini pozduğuna görə 272 nəfər, 2019-cu ildə 153 nəfər saxlanılıb. "Yaşıl" sərhədi qanunsuz keçənlərin sayı 2018-ci illə müqayisədə (202 nəfər) ötən il 57 nəfər olub. Sərhəd pozucularının əksəriyyəti Vyetnam və Hindistan vətəndaşları olub.

Bundan başqa, 93 nəfər saxta sənədlərlə sərhədi keçdiyinə görə saxlanılıb. Ötən il ölkənin Dövlət Sərhəd Mühafizə Xidməti üçüncü ölkənin 11789 vətəndaşının Latviyaya daxil olmasını qadağan etməklə 172 vizanı da ləğv edib. Latviyadan sığınacaq istəyənlərin sayı 2018-ci illə müqayisədə (178 nəfər) 2019-cu ildə 191 nəfərə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə