İsveç təyyarələri NATO-nun Liviyaya qarşı əməliyyatlarına qoşulub. SİA-nın "Mignews"a istinadən verdiyi xəbərə görə, qərar ötən həftə İsveç parlamenti tərəfindən qəbul edilib. Belə ki, İsveç Hərbi Hava Qüvvələrinin təyyarələri təxminən son 50 il ərzində ilk dəfə hərbi əməliyyatlarda iştiraka başlayıblar. İsveç təyyarələri əsasən Liviyanın rəhbəri Müəmmar Qəddafinin qoşunlarına qarşı əməliyyatlarda iştirak ediblər. İsveç Müəmmar Qəddafiyə qarşı əməliyyatlarda iştirak üçün xüsusi göstəriciləri ilə seçilən səkkiz JAS 39 Gripen qırıcısı ayırıb.
Eyni zamanda ölkədə baş gərginliyə dözməyən Liviyanın energetika naziri Ömər Fəti ben Şatvan Maltaya gedərək müxalifətçilərə qoşulub. O, Misuratdan qaçıb və balıqçı gəmisində açıq dənizdə 20 saat keçirib. Sabiq nazirin və onun ailəsinin olduğu yer məxfi saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB