Koronavirusdan ölənlərin sayı 66-a çatıb İranda

Koronavirusdan ölənlərin sayı 66-a çatıb İranda

İranda koronavirusdan ölənlərin sayı 66-a çatıb. Bu virusa yoluxduğu təsdiqlənən şəxslərin sayı 1501 nəfər təşkil edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İranın Səhiyyə nazirinin müavini Əlirza Rəisi deyib.

Nazir müavini bildirib ki, ölkədə son sutkada koronavirusa yoluxma halı daha 523 nəfərdə qeydə alınıb və yoluxanların sayı 1501-ə çatıb.

İran rəsmisi bu xəstəlikdən ölənlərin sayının 66 olduğunu deyib. Nazir müavini bu xəstəlikdən sağalanların isə 291 olduğunu diqqətə çatdırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə