Koronavirus səbəbiylə kitab sərgisi ləğv edildi

Koronavirus səbəbiylə kitab sərgisi ləğv edildi

Fransanın paytaxtında qırxıncı Livre Paris kitab sərgi-yarmarka, bu yaxınlarda ölkə hökumətinin koronavirusla mübarizə üçün tətbiq etdiyi tədbirlərdən sonra ləğv edilib.
Xatırladırıq ki, ötən həftə Fransanın Səhiyyə naziri Olivier Veran, 5 mindən çox insanın qatılacağı kütləvi tədbirlərin keçirilməsi qapalı yerlərdə nəzərdə tutulacağı təqdirdə qadağan ediləcəyini söyləyib. Qeyd edək ki, Fransada koronavirus infeksiyasına yoluxanların sayı 130-a çatıb və bundan əvvəl iki nəfərin ölümü barədə də bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə