Haitidə naməlum şəxslərin mağazaları atəşə tutması nəticəsində azı 8 nəfər ölüb

Haitidə naməlum şəxslərin mağazaları atəşə tutması nəticəsində azı 8 nəfər ölüb

Haitinin paytaxtı Port-o-Prensdə naməlum şəxslərin çox sayda insanın olduğu mağazaları atəşə tutmasından sonra 8 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

SİA xəbər verir ki, bu barədə "HaitiLibre" xəbər portalı məlumat yayıb. Məlumata görə, atışmadan sonra başlayan çaxnaşma nəticəsində bir neçə nəfər xəsarət alıb, onların dəqiq sayı bildirilmir. Ağır yaralanan iki nəfər hazırda həkimlərin nəzarətindədir.

Polis hazırda hadisəni araşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə