Çində koronavirusdan ölənlərin sayı 2873-ə çatıb

Çində koronavirusdan ölənlərin sayı 2873-ə çatıb
Çində yeni tip koronavirusa (COVID-2019) yoluxanların sayı 79 min 971 nəfər, bu virusdan ölənlər isə 2873 nəfərə çatıb. SİA Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, ötən sutka ərzində 573 yoluxma, 39 ölüm faktı qeydə alınıb. İndiyədək 41 min 684 nəfər sağalaraq xəstəxananı tərk edib. Ölkə üzrə 7 min 365 xəstənin vəziyyəti kritikdir. Virusa yoluxanlarla yaxın təmasda olmuş 51 min 856 nəfər tibbi nəzarət aldtındadır. Qeyd edək ki, Çindən başqa, 61 ölkədə 7 mindən çox yoluxma, 106 ölüm faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə