Ermənistana İrandan gələn ölkə vətəndaşında ilk dəfə koronavirusa yoluxma qeydə alınıb. SİA bu barədə TASS-a istinadən xəbər verir.
Ölkənin baş naziri Nikol Paşinyan özünün "Facebook"dakı səhifəsində ölkədə koronavirusa yoluxma hadisəsinin qeydə alındığını təsdiqləyib.
"Təəssüf ki, təxminən 2 saat əvvəl biz koronavirusa ilk yoluxma haqqında bildik. Pasiyentin 29 yaşı var. O, fevralın 28-də xanımı ilə İrandan gəlib", - deyə baş nazir özünün "Facebook"dakı səhifəsində yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB