Lugansk Xalq Respublikasında, ATƏT-i izləyən təhlükəsizlik qüvvələrinin pilotsuz təyyarəsi vurulub. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Lugansk Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İvan Filonenko şənbə günü keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, özünü artıq elan edən Lugansk Xalq Respublikasının xalq milisi ATƏT-in Xüsusi Monitorinq Missiyasının patrullarını izləyən Ukrayna silahlılarının pilotsuz təyyarəsini vurub.
Xatırladılır ki, Donbasdakı bütün təmas xətti boyunca döyüş təyyarələrinin, pilotsuz təyyarələrin və dronların uçuşları Minsk razılaşmalarına görə qadağandır.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB