Son 4 gündə 20-dən çox insan şiddətli qarşıdurmalarda ölüb - HİNDİSTANDA - VİDEO

Hindistanda 6 dini qrupa vətəndaşlıq üçün yol açan, lakin müsəlman mühacirlərin eyni vəziyyətə gəlməməsi üçün dəyişdirilən "Vətəndaşlıq haqqında Qanuna" qarşı etirazlarda ən az 50 mülki şəxs həyatını itirib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Paytaxt Yeni Dehlidə 4 gündür davam edən nümayişlərdə bir polis və kəşfiyyat işçisi də daxil olmaqla 27 nəfər həyatını itirib. Səlahiyyətlilər, yaşanan hadisələrdə 56-sı polis olmaqla, ən az 200 adamın yaralandığını və xəstəxanaya qaldırılan bir çox insanın silah yaraları aldığını söyləyib. 2019-cu ilin dekabr ayında ölkədə başlayan və iki aydan çox davam edən etirazlarda ölən mülki şəxslərin sayı 50-yə yüksəlib. 100-dən çox insan zorakılıqda təqsirli bilinərək həbs edilib.

Çaxnaşma sosial mediada öz əksini tapıb

Sosial mediayada yayılan görüntülərdə bir qrup hindu millətçisinin etirazlarda ölən bir adamın cəsədini sürüklədiyi görüntüləri yayılıb.

Bir qrup hindli nümayişçi hadisələrin baş verdiyi Aşok Nagar bölgəsindəki bir məscidin minarəsinə qalxıb. Minarəyə qalxan insanlar ayparanı çıxartmaq istəyərkən ətrafdakı insanların köməyi ilə minarəyə bayraq asılması və zədələnməsi ilə alqış səsləri eşidilib.

Bəzi görüntülərdə müsəlman ailələrin zorakılığın yaşandığı bölgələrdən əşyaları ilə köçdükləri müşahidə edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə