Gürcüstan XİN ölkə vətəndaşlarına 4 ölkəyə getməməyi tövsiyə edib

Gürcüstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına yenidən müraciət edib.

SİA xəbər verir ki, nazirlik Gürcüstan vətəndaşlarına koronavirusun daha çox yayıldığı ölkələrə səfərlərdən çəkinməyə çağırıb. XİN-in müraciətində deyilir ki, koronavirusun Gürcüstanda yayılmasının qarşısının alınması üçün Çin, İran, İtaliya və Cənubi Koreyaya səfər edilməsi tövsiyə olunmur.

Bütün xəbərlər Facebook səhifəmizdə