İsrail ordusu gecə saatlarında Fələstinin Avarta kəndinə girib. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, SAXAL üzvləri 100-dək kənd sakinini həbs edib. Onların əksəriyyəti qadınlardır. Kənd sakinlərinin sözlərinə görə, evlərə soxulan israilli hərbçilər qadınları oradan çıxararaq naməlum istiqamətə aparıb.
İsrail tərəfi məsələyə aydınlıq gətirib. Belə ki, həbslərin təxminən 1 ay əvvəl İtamar yaşayış məntəqəsində 1 ailənin 5 üzvünün qətlilə bağlı olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB