Koronavirusa yoluxanların sayı 1595 nəfərə çatıb

Cənubi Koreyada 334 yeni koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Beləliklə, Cənubi Koreya Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (KCDC) verdiyi məlumata görə, ölkədə yoluxmuş insanların ümumi sayı 1595-ə yüksəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreya epidemioloji təhlükə səviyyəsini üçüncü "narıncı"dan dördüncü "qırmızı"ya yüksəldib.

KCDC-nin məlumatına görə, yeni yoluxma hallarından 307-i Tequ şəhərində, qalanları ölkənin müxtəlif ərazilərində qeydə alınıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə