Koronavirusdan sağalanların sayı artır

Sinqapurda koronavirusdan müalicə olunanların sayı 62-yə çatdı. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə nazirliyindən məlumat verilib.
Məlumata görə, Sinqapurda koronavirusa yoluxmuş COVID-19-un ümumi sayı 93-ə çatıb ki, onlardan 62 nəfər tamamilə sağalıb və xəstəxanalardan evlərinə buraxılıb.
"Bu gün COVID-19 olan daha dörd nəfər xəstəxanadan buraxıldı. Cəmi 62 yoluxmuş insan infeksiyadan tam sağalıb və xəstəxanadan buraxılıb", deyə Səhiyyə Nazirliyi məlumat verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...