Braziliyada polislər aclıq aksiyası keçirir

Braziliyanın şimal-qərbindəki Ceara əyalətində polislər aclıq aksiyası təşkil ediblər. SİA Euronews"ə istinadən xəbər verir ki, polislərin aclıq aksiyası təşkil etməsi səbəbindən 5 gündə bölgədə ən az 147 qətl hadisəsi baş verib.

Qeyd edək ki, qanuni tətil etmək hüququ olmayan polislər prospektləri, küçələri və bəzi ərazilərdə ticarət mərkəzlərini bağlamağa məcbur edirlər.

Təhlükəsizlik Nazirliyi vilayətdə tətilin qanunsuz olduğunu və polislərə qarşı federal istintaqın başlanacağını açıqlayıblar.

Müəllif: Leyla Qəniyeva

Bütün xəbərlər Facebook səhifəmizdə